Rusiya Almaniyanın Ukraynaya təsir edəcəyinə ümid edir

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 18 yanvar 2022 16:53 (UTC +04:00)

Rusiya Almaniyanın Kiyevin Minsk razılaşmalarını yerinə yetirməsi məsələsində Ukraynaya təsir edəcəyinə ümid edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

"Ukrayna ilə bağlı bizdə Minsk tədbirlər paketinə alternativinin olmadığı barədə ümumi anlayış var. Biz tərəfdaşlara Rusiya Federasiyasını münaqişə tərəfi etmək cəhdlərinin qəbuledilməz olduğunu, son vaxtlar Minsk razılaşmalarının həyata keçirilməsində irəliləyişin olmamasına görə məsuliyyəti Rusiya Federasiyasının daşıması ilə bağlı cəhdlərin müşahidə olunduğunu bildirmişik.

Ümid edirik ki, alman həmkarlar Kiyevdəki tərəfdaşlarına təsir edəcək ki, nəhayət onlar öhdəliklərini yerinə yetirsinlər”, - rusiyalı nazir vurğulayıb.

Lavrov qeyd edib ki, bu kontekstdə o, almaniyalı həmkarı ilə “Normandiya formatı" çərçivəsində əməkdaşlığın gələcək perspektivləri və Minsk tədbirləri paketinin həyata keçirilməsinə kömək məqsədilə hansı addımların atılmasının vacibliyi barədə fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR