Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab vermək niyyətindədir

Cozep Borrel

© APA | Cozep Borrel

# 26 mart 2023 19:10 (UTC +04:00)

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

APA xəbər verir ki, bunu bazar günü Aİ-nin xarici xidmətinin rəhbəri Cozep Borrel deyib.

"Belarus hələ də bunu dayandıra bilər, bu, onların seçimidir. Aİ növbəti sanksiyalarla cavab verməyə hazırdır", - o, Twitter-də yazıb.

Borrell həmçinin Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini “eskalasiya və Avropa təhlükəsizliyinə təhdid” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR