Rusiya Bolqarıstana qaz nəqlini dayandırır - YENİLƏNİB

Rusiya Bolqarıstana qaz nəqlini dayandırır  - YENİLƏNİB
# 26 aprel 2022 23:43 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti aprelin 27-dən Bolqarıstana təbii qaz tədarükünü dayandırır.

APA xəbər verir ki, bu barədə Bolqarıstan Enerji Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün “Bulgargaz” “Qazprom Export” şirkətindən qaz nəqlinin aprelin 27-dən etibarən dayandırılacağı barədə bildiriş alıb.

“Bolqarıstan tərəfi öz öhdəliklərini tam yerinə yetirib və bu saziş üzrə tələb olunan bütün ödənişləri vaxtında, ciddi şəkildə və onun bəndlərinə uyğun olaraq həyata keçirib”, - Enerji Nazirliyi bildirib.

Nazirlik bəyan edib ki, ölkə alternativ qaz təchizatı ilə bağlı tədbirlər görüb. Aprelin 27-də enerji naziri Aleksandr Nikolov bununla bağlı detalları açıqlayacaq.

***

23.31

Aprelin 27-dən etibarən Rusiya Bolqarıstana qaz nəqlini dayandırır.

APA-nın xəbərinə görə, bu barədə Bolqarıstanın Enerji Nazirliyi məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR