Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb
# 26 noyabr 2022 17:38 (UTC +04:00)

Ukrayna və Rusiya arasında əsirlərin növbəti dəfə mübadiləsi baş tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib.

Onun sözlərinə görə, mübadilə nəticəsində daha 12 ukraynalı Rusiya əsirliyindən azad edilib. Onlardan doqquzunun hərbçi, üçünün isə mülki şəxs olduğu bildirilir.

Yermak ötən həftə 98 ukraynalının əsirlikdən azad edildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR