Rusiya İrandan raket alandan sonra Ukraynaya zərbələri artıra bilər

Fateh-110

© APA | Fateh-110

# 07 noyabr 2022 14:33 (UTC +04:00)

Rusiya Ukraynaya endirdiyi raket zərbələrini İrandan raket alandan sonra iki qat artıra bilər.

APA “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibitskiy “The Economist” nəşrinə müsahibəsində deyib.

O əlavə edib ki, Rusiya Ukraynanın mülki infrastrukturunu vurmaqla müasir raket arsenalının 80 faizini istifadə edib.

"Arsenalda cəmi 120 ədəd “İsgəndər”, 40 ədəd “Kinjal” raketi qalıb və bu səbəbdən də İrandan “Fateh-110”, “Zolfaghar” raketləri alacaq. İran raketlərinin Krıma və Xəzər dənizinə çatdırılması gözlənilir. Ukraynanın bu raketlərə qarşı effektiv müdafiə sistemi yoxdur, çünki bu raketlər Rusiyaya məxsus qanadlı raketlərdən daha sürətlidir” – Skibitskiy vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR