Rusiya Kramatorska zərbə endirib, ölənlər var - YENİLƏNİB

Rusiya Kramatorska zərbə endirib, ölənlər var - YENİLƏNİB
# 02 fevral 2023 05:09 (UTC +04:00)

Fevralın 2-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərini İsgəndər-K raketi ilə vurub.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb.

Son məlumatlara görə, zərbə nəticəsində 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.

Hücumda üç mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.

***

01.44

Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərində yaşayış binasını vurub.

APA-nın xəbərinə görə, bu barədə Kramatorsk administrasiyasının rəhbəri Qonçarenko Feysbukda yazıb.

"Faciə. Qurbanlar var. Uzun gecə olacaq" – deyə Qonçarenko qeyd edib.

Frans-Pres ilkin olaraq iki nəfərin həlak olduğunu yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR