Rusiya MN Vinnitsa şəhərinə endirilən raket zərbələri ilə bağlı açıqlama yayıb

Rusiya MN Vinnitsa şəhərinə endirilən raket zərbələri ilə bağlı açıqlama yayıb
# 15 iyul 2022 13:47 (UTC +04:00)

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığının xaricdən olan silah tədarükçüləri ilə görüşü zamanı yüksək dəqiqliyə malik “Kalibr” raketləri ilə Vinnitsa şəhərindəki zabitlər evinə zərbə endirilib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) açıqlama yayıb.

Nazirlikdən iclasda iştirak edən şəxslərin məhv edildiyi bildirilib.

Nazirlik bundan başqa, Zaporojye vilayətində, həmçinin Xarkov şəhərində yerləşən Ukrayna mövqelərinə də zərbələr endirildiyini əlavə edib.

Ukrayna tərəfi ötən gün Rusiyanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirdiyini açıqlayıb. Nəticədə 22 nəfər ölüb, daha 90 nəfər ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR