Rusiya Ordusu Ukraynanın Kremennaya şəhərini ələ keçirib

Rusiya Ordusu Ukraynanın Kremennaya şəhərini ələ keçirib
# 18 aprel 2022 12:09 (UTC +04:00)

Rusiya Ordusu Ukraynanın Luqansk vilayətinin qərbində yerləşən Kremennaya şəhərini ələ keçirib.

APA xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday "Facebook"da bildirib.

"İşğalçılar Kremennayaya nəzarəti ələ keçirdilər‼ ️Döyüşlər davam edir. Şəhərdən evakuasiya artıq mümkün deyil.
Severodonetsk, Lisiçansk, Popasna, Horski və Rubijne şəhərlərindən insanlar çıxarılır.
Uşaqlarınızın qayğısına qalın!", o billdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR