Rusiya qüvvələri Xersonu atəşə tutub, bir ailənin bütün üzvləri həlak olub

Rusiya qüvvələri Xersonu atəşə tutub, bir ailənin bütün üzvləri həlak olub
# 05 yanvar 2023 18:39 (UTC +04:00)

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin Berislav şəhərinə zərbələr endirib, ölənlər var.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin atdığı mərmi evə düşüb və nəticədə evdə olan ata, ana və onların 12 yaşlı oğlu həlak olub.

“Berislav, Xerson vilayəti. Bu gün şəhərdə faciəvi xəbər var. İşğalçıların atdığı mərminin evə düşməsi nəticəsində bir ailə həlak olub. Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Onların sadəcə ukraynalı olması faktı”, - Timoşenko vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR