Rusiya qüvvələri Zaporojye vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Rusiya qüvvələri Zaporojye vilayətini atəşə tutub, ölənlər və yaralananlar var
# 02 iyun 2023 16:52 (UTC +04:00)

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən Kamışevax kəndində çoxmərtəbəli binanı atəşə tutub, ölənlər və yaralananlar var.

APA xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko "Telegram" hesabında bildirib.

"Düşmənin kənddə çoxmərtəbəli binanı atəşə tutması nəticəsində 41, 84 və 87 yaşlı qadınlar, həmçinin 21 yaşlı kişi xəsarət alıb. Zərərçəkənlər dərhal tibb müəssisəsinə çatdırılıb".

O əlavə edib ki, daha iki nəfər - 44 ​​və 77 yaşlında iki qadın aldığı xəsarətlərdən həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR