Rusiya şirkətlərinin nümayəndələri Avropa Parlamentinə buraxılmayacaq

Rusiya şirkətlərinin nümayəndələri Avropa Parlamentinə buraxılmayacaq
# 02 iyun 2022 17:36 (UTC +04:00)

Rusiya şirkətlərinin nümayəndələrinə artıq Avropa Parlamentinin binasına daxil olmağa icazə verilmir.

APA xəbər verir ki, bunu Avropa Parlamentinin Prezidenti Roberta Metsola “Twitter”də bildirib.

O qeyd edib ki, bu qərar dərhal qüvvəyə minir.

“Biz onlara Ukraynanın işğalı ilə bağlı təbliğat, yalan, zəhərli fikirlərini yaymaq üçün heç bir yer verməməliyik. Biz avtokratlara qarşı həmrəy və güclü olacağıq”, - Avropa Parlamentinin Prezidenti deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR