Rusiya və BMT nümayəndələri Cenevrədə “Taxil sazişi”ni müzakirə edəcək

Rusiya və BMT nümayəndələri Cenevrədə “Taxil sazişi”ni müzakirə edəcək
# 13 mart 2023 14:51 (UTC +04:00)

Bu gün Rusiya və BMT nümayəndələri Cenevrədə “Taxil sazişi”nin icrası ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

APA xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) rəsmi nümayəndəsi Ketrin Huisyu (Catherine Huissou) bildirib.

Huisyu qeyd edib ki, BMT-nin məqsədi – ötən ilin iyulunda əldə edilmiş razılaşmaların bütün iştirakçılarının gözləntilərini doğrultmaq və son aylarda müəyyən edilmiş kursun davam etdirilməsini təmin etməkdir.

Keçiriləcək məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə XİN rəhbərinin müavini Sergey Verşinin başçılıq edəcək.

Müzakirələrdə həmçinin BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits və BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR