Rusiya Vinnitsa şəhərinə raket zərbələri endirib, 20 nəfər ölüb, 90 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1

Rusiya Vinnitsa şəhərinə raket zərbələri endirib, 20 nəfər ölüb, 90 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB-1
# 14 iyul 2022 14:57 (UTC +04:00)

Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb.

APA Unian.net-ə istinadən xəbər verir ki, ölənlərdən 3-ü uşaqdır.

Rusiyanın atdığı “Kalibr” raketlərindən birinin zabitlər evinə, digərinin isə hərbi komissarlığın ərazisinə düşdüyü xəbər verilir.

***

13:49

Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 12 nəfər ölüb, 25 nəfər yaralanıb.

APA UNIAN-a istinadən xəbər verir ki, partlayış yerində xilasedicilər çalışır.

Partlayış zamanı 25 avtomobilin də yandığı vurğulanır.

***

12:54

Rusiya hərbi qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib.

APA UNIAN-a istinadən xəbər verir ki, Vinnitsada bir neçə partlayış səsi eşidilib.

Partlayışlarla bağlı rəsmi məlumat Vinnitsa Şəhər Şurasının "Telegram" kanalında da yer alıb.

"Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın", - səlahiyyətlilər yazıb.

Vinnitsa regional administrasiyasının rəhbəri Sergey Borzov ölən və yaralıların olduğunu bildirib. "Rəqəmlər dəqiqləşdirilir. Şəhərə dörd raket atılıb", - o deyib.

İlkin məlumata görə, 6 nəfər yaralanıb, 2 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR