Rusiya Xəzərdən Ukraynaya səkkiz raket atıb

Rusiya Xəzərdən Ukraynaya səkkiz raket atıb
# 02 avqust 2022 22:20 (UTC +04:00)

Rusiya ordusu bu gün Xəzər dənizinin şimalından Ukraynaya 8 raket atıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, onlardan yeddisi vurulub.

“Ümumilikdə, X-101 (X-555) tipli səkkiz qanadlı raket Ukrayna ərazisi boyunca mərkəzi, cənub və qərb vilayətləri istiqamətində atılıb. Səkkiz raketdən yeddisi havadan vurulub. 6 raket zenit-raket qüvvələri tərəfindən, biri isə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi tərəfindən vurulub”,-deyə məlumatda bildirilir.

Atılan raketlərdən biri Lvov vilayətinə düşüb. Dağıntı və insan təlafatı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR