Rusiya Zaporojyedə humanitar konvoya zərbə endirib, 25 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Rusiya Zaporojyedə humanitar konvoya zərbə endirib, 25 nəfər ölüb - VİDEO  - YENİLƏNİB
# 30 sentyabr 2022 13:13 (UTC +04:00)

Rusiya hərbi qüvvələrinin Zaporojyedə humanitar konvoya endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter"də bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı 25-ə, yaralı sayı isə 50-yə çatıb.

***

11:47

Rusiya hərbi qüvvələri Zaporojye vilayətində humanitar konvoya raket zərbələri endirib, ölənlər və yaralananlar var.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Aleksandr Starux "Telegram" hesabında bildirib.

Onun sözlərinə görə, sentyabrın 30-da səhər saatlarında Rusiya mülki humanitar avtomobil karvanına raket zərbələri endirib.

Ukraynalı rəsmi bildirib ki, bu şəxslər Zaporojyenin Rusiyanın nəzarətində olan hissəsindəki qohumlarını götürmək və ya ərazidəki yaxınlarına yardım aparmaq üçün müvəqqəti işğal altında olan əraziyə getməyə çalışırmışlar və Rusiya qüvvələri həmin mülki avtomobillərə raket zərbələri endirib.

İlkin məlumatlara görə, humanitar karvanın atəşə tutulması nəticəsində 23 nəfər həlak olub, 28 nəfər yaralanıb. Ölənlərin və yaralananların hamısının mülki şəxslər olduğu bildirilir.

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko isə "Telegram"da bildirib ki, Rusiya hərbi qüvvələri S-300 sistemindən istifadə etməklə həmin istiqamətdə 16 raket zərbəsi endirib ki, onlardan bir neçəsi mülki konvoya düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR