Rusiyada radarlardan itən helikopterin qalıqları aşkarlanıb - YENİLƏNİB-2

Rusiyada radarlardan itən helikopterin qalıqları aşkarlanıb - YENİLƏNİB-2
# 17 iyul 2022 10:35 (UTC +04:00)

Rusiyada Kamçatkada qəzaya uğrayan “Robinson” helikopterinin qalıqları aşkarlanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, helikopterdə olan 3 heyət üzvünün taleyi də məlum olub.

Hadisə yerində heyət üzvlərinin meyitləri aşkarlanıb.

***

saat 09.15

Rusiyada radarlardan itən “Robinson” helikopterinin qalıqları Kamçatkada aşkarlanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu regionun qubernatoru Vladimir Solodov bildirib.

Hadisə yerinə xilasedicilər göndərilib.

Havada yanmağa başladığı bildirilən helikopterdəki 3 heyət üzvünün taleyi hələlik məlum deyil.

***

saat 08.48

Rusiyada Robinson helikopterinin axtarışına ikinci “Mi-8” helikopteri cəlb olunub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus, içərisində xilasedicilərin olduğu bir “Mi-8” helikopterinin axtarışa başladığı bildirilmişdi.

***

Saat 05:22

Rusiyada helikopter radarlardan itib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyə məxsus “Mi-8” helikopteri “Robinson”un axtarışı üçün havaya qalxıb.

“Robinson” helikopterinin göyərtəsində 3 ekipaj üzvü olub.

Hadisə ilə bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR