Rusiyadan Slovakiyaya neftin nəqli bərpa olunub

Rusiyadan Slovakiyaya neftin nəqli bərpa olunub
# 11 avqust 2022 08:08 (UTC +04:00)

Müvəqqəti fasilədən sonra rus neftinin Slovakiyaya nəqli bərpa olunub.

APA-nın xəbərinə görə, bu barədə Slovakiyanın “Slovnaft” şirkəti məlumat verib.

“Artıq xam neft “Drujba” kəməri ilə Slovakiyaya gəlib çatıb. Sabah da Macarıstana neft nəqli bərpa olunacaq” - deyə. “Slovnaft”ın sözçüsü Anton Molnar bildirib.

Qeyd edək ki Ukraynaya ödənilməli olan tranzit rüsumuna görə “Drujba” kəməri ilə xam neftin hasilatı dayanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR