Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırılıb
# 02 oktyabr 2022 21:07 (UTC +04:00)

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

İlkin məlumata görə, Almaniya hökuməti Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə bu yolla reaksiya verib. Diplomatın “çox yaxın vaxtda” Almaniya XİN-də olması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR