Rusiyanın Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Andrey Kelin

© APA | Andrey Kelin

# 15 iyul 2022 21:12 (UTC +04:00)

Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağrılıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Britaniya Xarici İşlər Nazirliyi humanitar yardım işçisi Pol Urinin Rusiya girovluğunda ölməsi xəbəri ilə bağlı bəyanat yayıb.

Xarici işlər naziri Liz Tras bildirib ki, Rusiya məsuliyyəti öz üzərinə götürməlidir.

Diplomat qeyd edib ki, Paul Uri humanitar yardım işi görərkən ələ keçirilib və onun məqsədi Ukrayna xalqına kömək etmək olub.

Nazir qeyd edib ki, Paul Urinin ölümündən məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar. Məsələ ilə bağlı Rusiyanın səfiri Xarici İşlər Nazirliyinə çağrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR