Rusiyanın qaz tədarükünü kəsməsi Aİ-nin 12 ölkəsinə təsir edib

Rusiyanın qaz tədarükünü kəsməsi Aİ-nin 12 ölkəsinə təsir edib
# 23 iyun 2022 15:29 (UTC +04:00)

Rusiyanın qaz tədarükünü kəsməsi Avropa İttifaqının 12 ölkəsinə təsir edib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim siyasəti üzrə rəhbəri Frans Timmermans bildirib.

O qeyd edib ki, Rusiya enerjidən silah kimi istifadə edir və bu günlərdə qaz tədarükünün dayandırılması ilə bağlı əlavə bəyanatlar veriləcək.

“Bütün bunlar Rusiyanın bizim birliyimizi sarsıtmaq cəhdləridir”, - Timmermans Avropa Parlamentində deyib.

Onun sözlərinə görə, indi 12 üzv ölkə Rusiyanın tədarükü birtərəfli qaydada dayandırmasından təsirlənib: "Qaz tədarükünün tam dayandırılması riski indi hər zamankından daha realdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR