Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində iki dinc sakin ölüb

Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində iki dinc sakin ölüb
# 03 iyul 2022 07:54 (UTC +04:00)

Rusiya hərbçilərinin Donetsk vilayətinin Dobropolye bölgəsinə endirdiyi zərbə nəticəsində 2 dinc sakin ölüb, daha 3 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko “Facebook” səhifəsində məlumat verib.

"Ən azı 2 ölü və 3 yaralı Rusiyanın Dobropolyeyə endirdiyi zərbənin nəticələridir. Yaralılar arasında iki 4 və 7 yaşlı uşaq da var", - deyə Kirilenko yazıb.

Hərbi rəhbərliyin sözlərinə görə, ruslar dinc əhalini vurduqlarını dəqiq bilirlər, bunu şüurlu və məqsədyönlü şəkildə edirlər.

Bununla bağlı o, yenidən Donbass sakinlərini təxliyə etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR