Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 1 nəfər ölüb

Denis Monastırski

© APA | Denis Monastırski

# 16 noyabr 2022 02:56 (UTC +04:00)

İlkin hesablamalara görə Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bunu Ukraynanın daxili işlər naziri Denis Monastırski televiziya ilə çıxışında bildirib.

“Biz Kiyevdə bir nəfərin öldüyünü, ölkə üzrə 6 nəfərin yaralandığını təsbit etdik. Yaralıların üçü Kiyevdədir. Lakin dəqiq məlumat sabah bəlli olacaq. Ümumilikdə 30 obyektə ziyan dəyib. Bunların arasında vacib infrastruktur obyektləri ilə yanaşı yaşayış evləri də var” – deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR