Rusiyaya məxsus PUA Türkiyədə qəzaya uğrayıb - FOTO

Rusiyaya məxsus PUA Türkiyədə qəzaya uğrayıb - FOTO
# 22 iyun 2022 15:33 (UTC +04:00)

Türkiyənin Gümüşhane şəhəri yaxınlığında, dağlıq ərazidə Rusiya istehsalı olan zədələnmiş “Orlan-10” Pilotsuz Uçuş Aparatı (PUA) aşkarlanıb.

APA-nın İstanbul müxbirinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, PUA vətəndaşlar tərəfindən tapılıb.

Hadisə yerinə sövq edilən təhlükəsizlik qüvvələri PUA-nı araşdırma aparmaq üçün Ankaraya göndərib.

Qeyd olunub ki, PUA Ukrayna və ya Suriya bölgəsindən siqnal itdikdən sonra bu bölgəyə gələ bilərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR