Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 02 avqust 2022 15:34 (UTC +04:00)

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili siyasətdən getməsi ilə bağlı bəyanat yayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Saakaşvili artıq müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri ilə ünsiyyət saxlamır və sadəcə ailə üzvləri ilə əlaqədədir.

Vəkil qeyd edib ki, qərarın başlıca səbəbi Mixeil Saakaşvilinin səhhətində yaranmış problemlərdir və o, öz həyatını xilas etmək istəyir.

Qeyd edək ki, ötən il sentyabrın sonunda Gürcüstana qayıdan Saakaşvili Tbilisidə qaldığı mənzildə həbs edilib. O, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR