Sabiq Baş katib: NATO üzvü olan bəzi ölkələr Ukraynaya hərbçilər göndərməyə razı ola bilər

Sabiq Baş katib: NATO üzvü olan bəzi ölkələr Ukraynaya hərbçilər göndərməyə razı ola bilər
# 08 iyun 2023 10:51 (UTC +04:00)

NATO üzvü olan bəzi ölkələr Ukraynaya hərbçilər göndərməyə razı ola bilərlər.

APA “Ukrainskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO-nun sabiq Baş katibi Anders Foq Rasmussen bildirib.

Sabiq Baş katib qeyd edib ki, əgər alyans Vilnüs sammitində Ukraynanın üzvlüyü və ya onun təhlükəsizlik zəmanətləri ilə bağlı qərar qəbul edə bilməsə, bəzi ölkələr individual qaydada hərəkətə keçə bilər və bununla bağlı açıq ehtimallar var: “Biz bilirik ki, Polşa Ukraynaya konkret yardım təmin edilməsində çox iştirak edir. Biz Polşanın bu kontekstdə milli əsaslarla daha güclü iştirak edəcəyini istisna edə bilmərik”.

Rasmussen Polşanın ardınca Baltik ölkələrinin də müəyyən addımlar ata biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR