Şahzadə Çarlz keçmiş baş nazirdən 1 milyon avro ianə alıb

Şahzadə Çarlz

© APA | Şahzadə Çarlz

# 26 iyun 2022 16:01 (UTC +04:00)

Şahzadə Çarlz Qətərin keçmiş baş nazirindən içərisində 1 milyon avro olan çamadan qəbul edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə "Sunday Times" nəşri məlumat yayıb.

Qəzet bildirib ki, Uelz Şahzadəsi Çarlz Şeyx Həməd bin Casimdən 2011-2015-ci illər arasında ümumilikdə üç milyon avroluq pul ianəsi qəbul edib.

Şahzadənin mətbuat xidməti şeyxdən gələn ianələrin dərhal şahzadənin xeyriyyə təşkilatlarından birinə ötürüldüyünü və bütün düzgün proseslərin izləndiyini deyib.

Qeyd edək ki, Şahzadə Çarlzın xeyriyyə fondlarına edilən ianələr bundan bir müddət öncə mətbuatda yayılan bəzi xəbərlərə görə araşdırılmağa başlanıb. Şahadə Çarlzın Böyük Britaniya şərəf ordeni və vətəndaşlığını təmin etmək üçün Səudiyyə vətəndaşlarından birinə nağd pul qarşılığında kömək təklif etdiyinə dair iddialar yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR