Şahzadə Harri məhkəmə prosesində iştirak etmək üçün Britaniyaya qayıdıb

Şahzadə Harri məhkəmə prosesində iştirak etmək üçün Britaniyaya qayıdıb
# 27 mart 2023 17:36 (UTC +04:00)

Şahzadə Harri İngiltərə Ali Məhkəməsində “Associated Newspapers”a qarşı qaldırılan telefon dinləmələri və məxfilik işi ilə bağlı məhkəmə proseslərində iştirak etmək üçün Britaniyaya qayıdıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, sentyabrda nənəsi Kraliça Elizavetanın dəfnindən sonra onun İngiltərəyə ilk dəfə qayıtdığı güman edilir.

Şahzadə Herrinin şəxsi həyatın toxunulmazlığı ilə bağlı məhkəmə prosesində iştirakı gözlənilməz olub. O, Daily Mail-in naşirləri olan “Associated Newspapers”i məhkəməyə verənlərdən biridir. Məhkəmə prosesində həmçinin məşhur müğənni Elton Con da iştirak edir.

"Associated Newspapers"a qarşı qaldırılan iddialar arasında insanların avtomobillərinə və evlərinə gizli şəkildə dinləmə cihazlarını yerləşdirmək üçün xüsusi müstəntiqlərin işə götürülməsi, insanların şəxsi telefon danışıqları baş verərkən gizli şəkildə dinləmək və yazmaq üçün şəxslərə tapşırıqlar verilməsi, bank hesablarına, kredit tarixçələrinə və maliyyə əməliyyatlarına qanunsuz yollarla və manipulyasiya yolu ilə daxil olmaq kimi iddialar var.

"Associated Newspapers" iddiaları rədd edir və bu gün başlayan Ali Məhkəmənin ilkin iclasında hakim hüquqi arqumentləri nəzərdən keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR