Sakinlər İstanbulda terror törədilən yerə gül dəstələri düzür - FOTO

# 14 noyabr 2022 13:37 (UTC +04:00)

İstanbulun İstiqlal küçəsində vətəndaşlar terror hücumunun baş verdiyi yerə gül dəstələri düzür.

APA-nın İstanbul müxbiri xəbər verir ki, səhər saatlarında partlayışın baş verdiyi əraziyə çoxlu sayda sakin və turist gələrək, həlak olanların xatirəsini anır.

Qeyd edək ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu, İstanbul valisi Ali Yerlikaya, İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər yüksək vəzifəli şəxslər də hadisə yerinə gələrək, ölənlərin xatirəsini anıb, ərazidə yerləşən dükan, kafe və restoran işçiləri ilə söhbət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR