Şalva Papuaşvili: Gürcüstan Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün əlindən gələni edib

Şalva Papuaşvili: Gürcüstan Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün əlindən gələni edib
# 01 iyun 2023 12:59 (UTC +04:00)

Gürcüstan namizəd statusu əldə etmək və Aİ-yə üzvlük danışıqlarına başlamaq məqsədilə Avropaya inteqrasiya yolunda əldə etdiyi tərəqqini nümayiş etdirmək üçün əlindən gələni edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Spiker indi növbənin Avropa İttifaqında olduğunu əlavə edib: “Biz digər namizəd ölkələrlə müqayisə etsək, Gürcüstan eyni səviyyədə üzvlüyə layiqdir. İndi top Avropa İttifaqındadır və o, regionda öz gələcəyini necə görməsinə və Gürcüstana dair qərar qəbul etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR