Şarl Mişel: Aİ Moldovaya hərtərəfli dəstəyini davam etdirir

Aİ Şurasının Prezidenti Şarl Mişel

© APA | Aİ Şurasının Prezidenti Şarl Mişel

# 27 mart 2023 18:22 (UTC +04:00)

"Avropa İttifaqı Moldovaya hərtərəfli dəstəyini davam etdirir".

APA xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Rumıniya Prezidenti ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib.

"Biz Moldovanın təhlükəsizliyini, sabitliyini və dayanıqlılığını gücləndirmək üçün ona hərtərəfli dəstəyimizi davam etdiririk. Moldovada yeni Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasını mümkün qədər tez işə salmağımız vacibdir", - Şarl Mişel qeyd edib.

Moldovanın Aİ üzvlüyünə namizəd olduğunu xatırladan Şarl Mişel inteqrasiya prosesində Moldovanın yanında olacaqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR