Şarl Mişel: “Aİ-nin həmrəyliyi Putini təəccübləndirib”

Aİ Şurasının prezidenti Şarl Mişel

© APA | Aİ Şurasının prezidenti Şarl Mişel

# 25 may 2022 16:14 (UTC +04:00)

Biz İsveç xalqının və hökumətinin NATO-ya üzvlüklə bağlı seçiminə, qərarına hörmət edir və tam dəstəkləyirik.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Şurasının Prezidenti Şarl Mişel İsveç Baş naziri Maqdalena Anderssonla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz inanırıq ki, bu seçim həm NATO, həm də Aİ üçün səmərəli olacaq və Avropada təhlükəsizliyi daha da gücləndirəcək. İnanırıq ki, bu məsələ ilə bağlı NATO müttəfiqləri arasında danışıqlar müsbət nəticələnəcək”, - Şarl Mişel vurğulayıb.

Mişel qeyd edib ki, görüşdə Aİ ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi, enerji məsələləri, Ukraynadakı vəziyyət və Rusiyaya qarşı sanksiyalar da müzakirə olunub.

Rusiya neftinə embarqonun qoyulması ilə bağlı sualı cavablandıran Şarl Mişel deyib ki, bu məsələ gündəmdədir və müzakirə olunur: “Mən əminəm ki, biz bu məsələni həll edə biləcəyik. Bunun üçün dialoq, siyasi səylər vacibdir və biz bunun üzərində ciddi işləyirik”.

Aİ Şurasının Prezidenti deyib ki, Aİ-nin göstərdiyi həmrəylik Prezident Putini təəccübləndirib: “Mən əminəm ki, Rusiya müharibəyə başlamazdan əvvəl Aİ-nin belə güclü və qətiyyətli olacağını gözləmirdi. Biz başa düşürük ki, Rusiya yanacağından asılılığı sonlandırmalıyıq və bu istiqamətdə qərarlar qəbul edirik. Amma təbii ki, keçid mərhələsi çətindir. Bu, hamıya bəllidir. Biz konkret həll yolları tapmalıyıq ki, iqtisadi maraqlarımızı qoruduğumuza əmin olaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR