Şarl Mişel: “G20 sammitindən Rusiyaya təzyiqi artırmaq üçün istifadə edilməlidir”

Şarl Mişel: “G20 sammitindən Rusiyaya təzyiqi artırmaq üçün istifadə edilməlidir”
# 15 noyabr 2022 06:35 (UTC +04:00)

G20 sammitindən Rusiyaya təzyiqi artırmaq üçün istifadə edilməlidir.

APA xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel mətbuat konfransında bildirib.

“Biz hesab edirik ki, G20 sammitindən Rusiyaya təzyiqi artırmaq üçün istifadə edilməlidir”, - deyə Mişel deyib.

Avropa Şurasının rəhbəri həmçinin vurğulayıb ki, assosiasiyanın bütün üzvləri BMT Nizamnaməsinə hörmət etməlidir.

Mişel həmçinin Ukraynada münaqişənin dayandırılmasını ərzaq böhranı ilə mübarizənin ən yaxşı yolu adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR