Şarl Mişel: "Rusiya ərzağı müharibə silahı kimi istifadə edir"

Şarl Mişel

© APA | Şarl Mişel

# 08 iyun 2022 12:42 (UTC +04:00)

Rusiya ərzağı müharibə silahı kimi istifadə edir, taxılı oğurlayır, limanları blokadaya alır və əkin torpaqlarını döyüş meydanına çevirir.

APA xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib.

O bildirib ki, hazırda Ukraynanın dəniz limanlarında 20 milyon tondan çox buğda, taxıl və qarğıdalı qalıb: "Bu dünya ərzaq təhlükəsizliyini təhdid edir və dünyanın müxtəlif ölkələrində aclığa və qıtlığa gətirib çıxarır".

Prezident Mişel qeyd edib ki, mayın 30-31-də Brüsseldə keçirilən fövqəladə iclasda bu ərzaq məhsullarının dünya bazarına çatdırılması üçün logistika imkanları müzakirə olunub.

O deyib ki, qlobal aclıq hər kəsi narahat etməlidir və buna görə də bu məsələ hərtərəfli, kordinasiya edilmiş yanaşma tələb edir. "Biz G7 daxilində, Afrik Birliyi ilə və digər tərəfdaşlarla bu məsələ üzərində işləyirik".

O deyib ki, Kreml qlobal ərzaq təchizatını silaha çevirib. Aİ rəsmisi bu addımları Sovet İttifaqı ilə müqayisə edib.

"Rusiya hərbi gəmiləri, raketləri Ukrayna limanlarını blokadaya alaraq ərzağın ixracına imkan vermir, Rusiya tankları, topları və minaları Ukraynaya imkan vermir ki, əkinçilik və kənd təssərüfatı işlərini görsün".

O vurğulayıb ki, Aİ Rusiyanın kənd təssərüfatı məhsullarına sanksiya tətbiq etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR