Şarl Mişel: Yeni sanksiyalar hazırlanmaqdadır

Şarl Mişel, Vladimir Zelenski

© APA | Şarl Mişel, Vladimir Zelenski

# 20 iyul 2022 14:15 (UTC +04:00)

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Şarl Mişel "Twitter"də bildirib.

Onun sözlərinə görə, telefon söhbəti zamanı onlar Ukraynanı dəstəkləmək üçün lazım olan ehtiyaclar barədə danışıblar.

Aİ Şurasının Prezidenti vurğulayıb ki, Ukrayna Rusiya təcavüzünə cəsarətlə cavab verərkən, Aİ də əlavə hərbi yardım təmin edəcək: “Yeni sanksiyalar hazırlanmaqdadır - bu, bizim qətiyyətimizdən geri çəkilməyəcəyimizi göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR