Şəhər rəhbəri: “Severodonetsk Ukrayna ordusunun nəzarətindədir”

Şəhər rəhbəri: “Severodonetsk Ukrayna ordusunun nəzarətindədir”
# 24 may 2022 20:33 (UTC +04:00)

Vəziyyətin çox ağır olmasına baxmayaraq Luqansk vilayətinin Severodonetsk Ukrayna ordusunun nəzarətindədir.

APA-nın xəbərinə görə, bunu şəhər administrasiyasının rəhbəri Sergey Qayday Tvitter hesabında yazıb.

Qayday bildirib ki, şəhər ətrafında döyüşlər gedir, şəhərin mərkəzi bütün növ silahlardan atəşə tutulur.

“Müharibənin üçüncü ayı. Severodonetsk Ukrayna ordusunun nəzarətindədir. Vəziyyət ifrat dərəcədə ağırdır. Rusiya ordusu atəşi intensivləşdirib” – deyə administrasiya rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR