Şentop: “İraqdakı hücum terrorçuların təxribatıdır”

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 21 iyul 2022 14:28 (UTC +04:00)

Mülki şəxslərə qarşı belə bir hücum (İraqın Dohuk əyalətində - red.) ilk növbədə Türkiyəni narahat edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O qeyd edib ki, bu kimi hücumlar Türkiyənin bölgədə terrorçulara qarşı həyata keçirdiyi əməliyyatlarına kölgə salmaq üçün terrorçuların həyata keçirdiyi təxribatdır.

Şentop əlavə edib ki, Türkiyə antiterror əməliyyatları zamanı mülki şəxslərə qarşı həssaslığını qoruyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR