Şentop: İsveç Madrid Memorandumunun bəndlərini yerinə yetirməyib

Şentop: İsveç Madrid Memorandumunun bəndlərini yerinə yetirməyib
# 30 yanvar 2023 16:59 (UTC +04:00)

İsveç Madriddə imzalanan üçtərəfli Anlaşma Memorandumunun bəndlərini yerinə yetirməyib.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə “TRT Haber”ə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

O qeyd edib ki, İsveç sözdə bütün bəndlərini yerinə yetirəcəyini desə də, onları yerinə yetirməyib.

“Bizim təhlükəsizliyimizə xələl gətirən, bizi təhdid edən terror təşkilatlarına sığınacaq verən, onların logistik dəstək məsələlərində asanlaşdırıcı rol oynayan bir ölkənin NATO-ya üzv olmasına icazə verməyimiz bizim öz təhlükəsizliyimizə zərbə olar. Türkiyə məsələni bu şəkildə izləyir”.

M. Şentop əlavə edib ki, İsveç hökumətinin Qurani-Kərimin yandırılmasına icazə verməsi, yandıran şəxsi o an mühafizə etməsi bu cinayətə şərik olması deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR