Serbiya Prezidenti: "Canavar bir qoyunun istəyinə görə arzusundan əl çəkmir"

Serbiya Prezidenti: "Canavar bir qoyunun istəyinə görə arzusundan əl çəkmir"
# 15 yanvar 2023 07:41 (UTC +04:00)

“Canavar bir qoyunun istəyinə görə arzusundan əl çəkmir” – Serbiya lideri Aleksandr Vuçiç rəhbərlik etdiyi ölkənin Avropa İttifaqı ilə hazırkı əlaqələrindən belə danışıb.

APA-nın RenTV-yə istinadən verdiyi məlumata görə, o, müvafiq paylaşımını sosial şəbəkədə yayıb.

Siyasətçi qurdlar və qoyunlar haqqında sitat gətirərək şəklin altında qeyd edib ki, Qərb hər gün Serbiyaya “Kosovo və Metoxiiya ilə nəsə etmək”, eləcə də Rusiyaya qarşı sanksiyalara qoşulmaq zərurətini xatırladır.

Vuçiçə görə, Aİ Belqradı Serb xalqına “dəstəkdən əl çəkməyə” məcbur etmək istəyir.

Bununla belə, respublika rəhbəri eyham vurub ki, Serbiya Aİ-yə görə öz siyasətini dəyişmək niyyətində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR