Serbiyada on minlərlə insan zorakılığa qarşı etiraz aksiyası keçirib

Serbiyada on minlərlə insan zorakılığa qarşı etiraz aksiyası keçirib
# 10 iyun 2023 00:12 (UTC +04:00)

Serbiyanın paytaxtı Belqradda on minlərlə sakin altıncı "Serbiya zorakılığa qarşı" etiraz aksiyasında iştirak edib.

APA xəbər verir ki, aksiya “Tələbələr zorakılığa qarşı” yazılmış plakatlar daşıyan tələbələrin rəhbərliyi ilə təşkil edilib.

Etiraz aksiyaları mayın əvvəlində 18 nəfərin ölümü ilə nəticələnən iki kütləvi cinayətə hökumətin reaksiyasından narazılıq səbəbindən müxalifətin çağırışı ilə keçirilib.

İnsidentlərə cavab olaraq hakimiyyət məktəblərdə polis qüvvələrinin sayını artırıb və vətəndaşları silahlarını təhvil verməyə çağırıb.

Etirazçıların əsas tələbi ictimai yerlərdə zorakılığın təbliğatını dayandırmaqdır.

Tələblərə həmçinin elektron medianı tənzimləyən dövlət qurumunun, zorakılığı təbliğ edən tabloidlərin və iki milli televiziyanın yayımının dayandırılması daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR