Sergey Şoyqu britaniyalı həmkarının dəvətinə cavab verib

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 21 yanvar 2022 16:34 (UTC +04:00)

Rusiya müdafiə naziri Sergey Şoyqu britaniyalı həmkarı Ben Vallası təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Moskavaya dəvət edib.

APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, müdafiə naziri Sergey Şoyqu Britaniya müdafiə nazirinə məktub göndərib.

"Sergey Şoyqu britaniyalı həmkarına aktual təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduğunu təsdiqləyib və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq, danışıqların Böyük Britaniyanın müdafiə naziri üçün əlverişli olan vaxtda Moskvada aparılmasını təklif edib”, Nazirliyin yaydığı məlumatda qeyd olunub.

Sergey Şoyqu müraciətində bildirib ki, 2013-cü ildə Rusiya nümayəndə heyətinin Londona səfəri konstruktiv dialoqun mümkünlüyünü göstərir bu səfər zamanı müdafiə və xarici işlər nazirliklərindən nümayəndə heyətlərinin iştirakı ilə "2+2" formatında danışıqlar aparılıb.

Müdafiə naziri əlavə edib ki, Rusiya və Böyük Britaniya arasında təmasların bərpası Avropada gərginliyin azalmasına kömək edəcək.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın müdafiə naziri Vallas Britaniya parlamentinin İcmalar Palatasında çıxış edərək rusiyalı həmkarı Sergey Şoyquya Londona səfər etmək üçün dəvət göndərdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR