Gürcüstanda "Şərq Tərəfdaşlığı"nın 10-cu ildönümünə həsr edilmiş forum başa çatıb

Gürcüstanda "Şərq Tərəfdaşlığı"nın 10-cu ildönümünə həsr edilmiş forum başa çatıb
# 12 iyul 2019 17:34 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində "Şərq Tərədfaşlığı" proqramının 10-cu ildönümünə həsr edilmiş 1-ci investisiya forumu başa çatıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, tədbirin bağlanış mərasimində çıxış edən Gürcüstanın baş naziri David Zalkaliani forum çərçivəsində keçirilən sessiyalarda səsləndirilən fikirlərin tərəflər üçün önəm daşıdığını və gələcəkdə atılacaq addımlarda rol oynayacağını bildirib.

Qeyd edək ki, ötən gün başlayan “1-ci Şərq Tərəfdaşlığı Sərmayə Forumu: Praqadan 10 il sonra” adlı beynəlxalq tədbirdə Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukraynadan dövlət rəsmiləri, Avropa Sərmayə Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri daxil olmaqla 400-dən çox qonaq iştirak edib. Beynəlxalq forumda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev və İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil ediblər.

Forumun iştirakçıları arasında Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Humanitar Yardım və Böhranların İdarə olunması üzrə Avropa Komissarı Kristos Stilianides, Estoniyanın baş naziri Yuri Ratas və digər ölkələrdən 8 xarici işlər naziri də olub.

Beynəlxalq forumun sessiyalarında enerji, infrastruktur, daşımalar, turizm, kənd təsərrüfatı və ticarət sektoru kimi məsələlərin müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR