“Şimal axını-2”də sızmanın qarşısı alınıb

“Şimal axını-2”də sızmanın qarşısı alınıb
# 03 oktyabr 2022 17:50 (UTC +04:00)

“Şimal axını-2” xəttinin İsveç iqtisadi zonasına aid olan hissəsindəki sızmanın qarşısı alınıb.


APA “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb.

O da əlavə olunub ki, xətdəki təzyiq stabilləşdirilib və sızma tamamilə aradan qaldırılıb.

Xatırladaq ki, bu gün İsveç sahil mühafizə xidmətinin rəsmi internet səhifəsindəki məlumata əsasən, səhər 8 radələrində aparılan yoxlama zamanı boru kəmərində sızma aşkarlanmışdı.

Həmçinin o da qeyd olunub ki, sızmanın ölçüsü 30 metrə yaxın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR