Şimali Kiprdə parlament seçkilərinin nəticəsi açıqlanıb

Şimali Kiprdə parlament seçkilərinin nəticəsi açıqlanıb
# 25 yanvar 2022 10:25 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçirilib.

APA TRT-yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, Milli Birlik Partiyası 50 deputat yerindən 24-nə sahib olub, ikinci yerdə gələn Respublika Türk Partiyası 18 kürsüyə yiyələnib.

Bundan başqa, Demokrat Partiya 3, Xalqın Partiyası 3 və Dirçəliş Partiyası isə 2 deputat yeri qazanıb.

Şimali Kipr Türk Cümhuriyyətində növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarı 2021-ci il noyabrın 1-də Baş nazir Faiz Sucuoğlu verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR