Şimali Makedoniya ATƏT-ə sədrlik proqramını təqdim edəcək

Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani

© APA | Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani

# 09 yanvar 2023 17:08 (UTC +04:00)

Şimali Makedoniya ATƏT-ə sədrlik proqramını təqdim edəcək.

APA xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani yanvarın 12-də Şimali Makedoniyanın 2023-cü il sədrliyi proqramını ATƏT-in Daimi Şurasına təqdim edəcək.

Şimali Makedoniyanın ATƏT-in sədri kimi rəsmi andiçmə mərasimindən sonra ATƏT-in fəaliyyətdə olan sədri Osmaninin və ATƏT-in Baş katibi Helqa Mariya Şmidin mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Şimali Makedoniya 2023-cü il yanvarın 1-dən ATƏT-in sədri vəzifəsini Polşadan təhvil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR