Şimali Makedoniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

Şimali Makedoniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib
# 27 iyul 2022 15:35 (UTC +04:00)

Şimali Makedoniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edib.

APA xəbər verir ki, bu barədə Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani "Twitter"də bildirib.

“Finlandiya və İsveçi NATO müttəfiqləri kimi qarşılamağı səbirsizliklə gözləyirik, bu Alyansı və Transatlantik təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirəcək”, - XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR