Şimali Makedoniya Ukraynaya 4 hərbi təyyarə verib

Şimali Makedoniya Ukraynaya 4 hərbi təyyarə verib
# 05 avqust 2022 07:26 (UTC +04:00)

Şimali Makedoniya Ukraynaya 4 “SU-25” hücum təyyarəsi verib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, Şimali Makedoniya bu təyyarələri Ukraynadan 2001-ci ildə 4 milyon avroya almışdı. Ordu rəhbərliyi 2005-ci ildən bu maşınları satmağı planlaşdırmışdı.

Şimali Makedoniyanın Müdafiə Nazirliyi təyyarələrin Ukraynaya verilməsinin detallarını yaxın vaxtlarda açıqlayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR