“Sınıq Körpü”dən külli miqdarda pul keçirilməsinə cəhd olub

“Sınıq Körpü”dən külli miqdarda pul keçirilməsinə cəhd olub
# 04 noyabr 2022 14:55 (UTC +04:00)

“Sınıq Körpü” gömrük-keçid məntəqəsi və Tbilisi hava limanı vasitəsilə Gürcüstana külli miqdarda vəsaitin qanunsuz şəkildə keçirilməsinə cəhd edilib.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.

Bildirilib ki, şübhəli əsaslarla əcnəbi vətəndaşların detallı fiziki yoxlanışı və yüklərinə baxış zamanı 98 850 ABŞ dolları aşkarlanıb.

Qeyd olunub ki, bəyan edilməmiş pulun ümumi məbləği Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 274 675 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinə müvafiq maddəsi ilə ümumi məbləğin 10 faizinə sanksiya tətbiq edilərək 27 467 lari müsadirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR