Siyarto: Aİ XİN başçıları Rusiyaya qarşı 11-ci sanksiya paketi ilə bağlı qərar qəbul etməyib

Peter Siyarto

© APA | Peter Siyarto

# 22 may 2023 17:55 (UTC +04:00)

Avropa İttifaqı xarici işlər nazirləri Rusiyaya qarşı 11-ci sanksiya və Ukraynaya növbəti hərbi yardım paketi ilə bağlı qərar qəbul etməyiblər.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Aİ üzv ölkələrin xarici işlər nazirlərinin bu gün Brüsseldə keçirilən iclasında deyib.

“Rusiyaya qarşı 11-ci sanksiyalar paketi, eləcə də Avropa Sülh Fondundan Ukraynaya əlavə hərbi yardımla bağlı qərar qəbul edilməyib”, - Siyarto qeyd edib.

Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna 11-ci sanksiyalar paketinin Aİ Xarici İşlər Nazirləri Şurasının iyunda keçiriləcək növbəti iclasına qədər razılaşdırıla biləcəyini təxmin etdiyini bildirib. Nazirlər arasında bu mövzuda danışıqlar davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR