Slovakiya hakimiyyəti Ukraynaya özüyeriyən haubitsalar tədarük edəcək

Slovakiya hakimiyyəti Ukraynaya özüyeriyən haubitsalar tədarük edəcək
# 31 may 2022 23:37 (UTC +04:00)

Slovakiya Ukraynaya özüyeriyən “Zuzana haubitsa”lar göndərəcək.

APA xəbər verir ki, bu barədə Kiyevə səfəri zamanı Ali Radada çıxış edən Slovakiya prezidenti Zuzana Çaputova deyib.
“Müdafiəçilərinizin hərbi texnikaya ehtiyacı var. Ona görə də biz bu istiqamətdə yardım edirik və bundan sonra da kömək edəcəyik. Bu yaxınlarda biz “S-300” hava hücumundan müdafiə sistemi, minatəmizləmə texnikası və sursatlar göndərdik. Tezliklə bu, “Zuzana haubitsa”ları olacaq”,- deyə Çaputova bildirib.
Slovakiyanın müdafiə zavodlarında “Zuzana” özüyeriyən haubitsaları istehsal olunur. 2021-ci ildən onlar ölkənin silahlı qüvvələrdə istifadə edilir. Silahın çapı 155 millimetrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR