Slovakiya, Sloveniya və Xorvatiya baş nazirləri Ukraynaya gedib

Slovakiya, Sloveniya və Xorvatiya baş nazirləri Ukraynaya gedib
# 31 mart 2023 12:16 (UTC +04:00)

Slovakiya, Sloveniya və Xorvatiya baş nazirləri Ukraynaya gedib.

APA xəbər verir ki, bu barədə Slovakiyanın “Aktuality” xəbər portalı yazıb.

Portalın məlumatına əsasən, Slovakiyanın Baş naziri Eduard Heger və müdafiə naziri Yaroslav Nad, Sloveniya Respublikasının Baş naziri Robert Qolob və Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç Kiyev şəhərinə gediblər.

Onların Ukraynanın Buça şəhərinin işğaldan azad olunmasının ildönümü ilə əlaqədar keçiriləcək sammitdə iştirakı gözlənilir.

Hökumət başçıları Ukraynaya qatar reysi ilə gecə gəliblər və onların Polşadan keçərək ölkəyə daxil olmaları qeyd olunub.

Xatırladaq ki, bir müddət öncə Slovakiya hökuməti Ukraynaya 13 ədəd MiQ-29 qırıcı təyyarəsi vermək qərarı qəbul edib. Ukrayna Prezidenti Vladimir Zelenski isə öz növbəsində, bu addıma cavab olaraq, Slovakiyanın hökumət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR